ARDNF I rübdə 1,3 mlrd. dollar satıb
- 05.04.2018, 10:19,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən APA-ya verilən məlumata görə, ötən ay ərzində 647 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, bu ilin I rübündə Fond tərəfindən valyuta hərraclarında 1 mlrd. 310,2 mln. dollar məbləğində vəsait satılıb.