Azərbaycanlı müğəni Lətifə Soyuöz həmkarı Sevda Yahyayeva ilə aralarında olan inciklikdən danışıb.
LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan L.Soyuöz bildirib ki, S.Yahyayeva ona qarşı düzgün addım atmayıb:
“Ümumiyyətlə şou-biznesdə elə bil yeni moda var, məşhurlar izlədiyi şəxslərin sayını sıfıra endirir. Bu da mənə çatmır. Bizim yerli ulduzlarımızdan fərqli olaraq Madonna, Biyons öz dostlarını, həmkarlarını izləyirlər. ( gülür ) Bizdə bu kompleks, eqo var. Bu da mənə çatmır. Mənim həyata baxışım tamam başqadır. Əslində mənim Sevdayla heç bir problemim olmayıb. Onsuz da biz gec-gec rastlaşan həmkarlarıq. Amma Novruz bayramının çəkilişində biz qarşılaşdıq, şəkil çəkdirdik. Daha sonra o məni, mən onu instaqramda izləməyə başladıq. Daha sonra gördüm ki, məni izləmədən silib. İndi xüsusi proqramlar var, hər şeyi bilmək olur. O məni izləmədən siləndən sonra mən də sildim. Mənə ümumiyyətcə maraqlı deyil. Mənui bütün bunlar önəmsizdi. Mənim onunla elə də yaxın münasibətim yoxdu, başqa mənə yaxın olan müğənni Yaşar Yusub bu addımı atsaydı, pis olardım. Mənə yaxın olan insanların hərəkəti məni incidə bilər, Sevdanın yox”.