Çempionlar Liqasının yarımfinal mərhələsinin püşk nəticələri
- 13.04.2018, 18:17,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Çempionlar Liqasının yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib.
UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirinin 4 iştirakçısı 2 cütlük təşkil edib.
Püşk “Bavariya” (Almaniya) və “Real”ı (İspaniya) yarımfinalda üz-üzə qoyub. Digər matçda isə “Liverpul”la (İngiltərə) “Roma” (İtaliya) qarşılacaq.
Bu mərhələnin ilk oyunları aprelin 24-25-də keçiriləcək. Cavab görüşləri mayın 1-2-də baş tutacaq.
Püşk final matçının nominal meydan sahibini də müəyyənləşdirib. Bu qarşılaşmada meydan sahibi “Bavariya” – “Real” cütünün qalibi olacaq.
Çempionlar Liqası
Yarımfinal“Bavariya” (Almaniya) - “Real” (İspaniya)
“Liverpul” (İngiltərə) - “Roma” (İtaliya)
Final“Bavariya” (Almaniya) - “Real” (İspaniya) cütünün qalibi - “Liverpul” (İngiltərə) - “Roma” (İtaliya) cütünün qalibi