"Mançester Siti" İngiltərə çempionu olub



“Mançester Siti” futbol klubu İngiltərə çempionatının başa çatmasına 5 tur qalmış çempionluğu təmin edib.

 

Bu gün 34 tur çərçivəsində keçirilən matçda “şəhərlilərin” ən yaxın izləyicisi  “Mançester Yunayted” doğma meydanda 0:1 hesabı ilə  “Vest Bromviç” klubuna məğlub olub.

 

Beləliklə, Joze Mourinyonun komandası turnir cədvəlində 71 xalla qalıb. Çempionata başçılıq edən “Mançester Siti” isə 87 xalla liderdir. Beləliklə, “qırmızı şeytanlar” birinci yer uğrunda mübarizəni rəsmən dayandırıb.

 

Qeyd edək ki, “Mançester Siti” klubu tarixində 5-ci dəfə İngiltərə çempionu olub. Bu, Xosep Qvardiolanın klubla qazandığı sayca ikinci tituldur. Bundan əvvəl onun rəhbərliyi altında “Mançester Siti” Liqa Kubokunun qalibi olub.




APA
Şərhlər
İdman bölməsinin xəbərləri