"Paşa Bank" 30,25 milyon dollar həcmində kredit cəlb edib
- 22.04.2013, 17:16,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın aparıcı korporativ banklarından biri olan "Paşa Bank" "Baltikums Bank AS", "Commerzbank Aktiengesellschaft", "FBME Bank Ltd" və "Raiffeisen Bank International AG" kimi beynəlxalq maliyyə institutlarından ümumi həcmi 30,25 milyon ABŞ dolları təşkil edən kredit cəlb edib. Bu barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.
"Raiffeisen Bank International AG" eyni zamanda kredit agenti qismində çıxış edir. Azərbaycan bazarı üçün unikal şərtlər altında bir il müddətinə verilmiş bu kredit ticarətin və ümumi investisiya layihələrinin maliyyələşdirilməsi üçün istifadə olunacaq.
"Paşa Bank" Avropa bazarlarında hökm sürən qeyri-müəyyənliyə baxmayaraq, əməkdaşlıq etdiyi aparıcı banklardan güclü dəstək almaqdadır. Bu inam, "Paşa Bank"ın qısa tarixinə baxmayaraq, özünün biznes strategiyasının uğurlu icrası çərçivəsində nümayiş etdirdiyi yüksək maliyyə və davamlı inkişaf göstəricilərinin nəticəsidir", - bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.