ABŞ Misir sahillərinə hərbi gəmilərini göndərib

ABŞ-ın iki hərbi gəmisi Misir sahillərinə doğru istiqamət götürüb.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə dəniz piyadalı korpusunun komandanı general Ceyms Amos bəyan edib.

Onun sözlərinə görə, Qırmızı dəniz rayonuna “San-Antonio” və “Kirsarc” desant gəmiləri göndərilib.

“Misir böhran içindədir. Belə şeylər baş verdikdə biz vəziyyəti nəzarətdə saxlamaq üçün müəyyən addımlar atmalıyıq”, deyə Amos qeyd edib. Lakin, o ABŞ-ın məsələ ilə bağlı konkret hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb.

Dəniz piyadalı korpusunun nümayəndələri qeyd ediblər ki, hərbi gəmilərin sahilə yaxın irəliləməsi ehtiyac yarandığı halda helikopter və digər texnikanın istifadəsini asanlaşdıracaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri