Azərbaycanlı müğənni Elariz Məmmədoğlu oğlunu evləndirmək istəyindən danışıb.
LİVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə danışan ifaçı bildirib ki, oğlunu tezliklə evləndirmək istəyir: “Hazırda oğlumun başı təhsillə bağlı qarışıqdır. Ona görə də qız seçimini anasının boynuna atıb. Deyib ki, tərbiyəli ailədən qızı siz tapın, evlənim. İndi qızı anası tapmalıdır. Hələ ki, namizəd yoxdur, axtarışlarımız davam edir. Mənlə yoldaşım bəyənsə, oğlum bu evliliyə razı olacaq”.
E.Məmmədoğlu daha sonra bildirib ki, şou-biznesin ən gənc babasıdır: “Hər kəsin həyata baxışı fərqlidir. Mən sevinirəm, fəxr edirəm ki, gənc babayam. Yəni illərimi boşa verməmişəm. Düz 22 yaşımda ailə qurdum, övladlarım oldu. Qızlarımın 2-də vaxtı çatanda ailə qurdu. Oğlum isə gecikir. Şou aləmində 2-3-cü gənc babab yox, elə 1-ci mənəm”.