Elariz Xatuna qadağa qoydu



Müğənni Elariz Məmmədoğlu “APA TV”-nin “Show time” verilişində onu parodiya edənlərdən danışıb.


LİVE.az-ın məlumatına görə, ifaçı bildirib ki, bir çox aktyorlar onu düzgün yamsılamır:

“Ramil adında məni parodiya etdi, mən də ona zəng elədim ki, bala, sən məni parodiya edə bilmirsən. Ona görə də məni parodiya etmə. Dedim ki, sən 2000-ci ildə Tahir İmanov məni parodiya etmişdi. O da kimi parodiya edirsə, səsini salır burnuna. Hamını eyni cür edir. Yəni dedim ki, sən məni yox, Tahir İmanovu parodiya etmisən. Tahir İmanov da parodist deyil, sadəcə aktyordur. Sən parodiya etmək istəyirsənsə, düzgün etməlisən. Ona görə də onu parodiya etməyə qoymadım. Bu da əl çəkmədi, bizə gəldi. Mən royalın arxasında oturdum, müşayiət elədim. Dedim ki, indi mənə bax, məni parodiya et. Çox baxdı, öyrəndi.


E.Məmmədoğlu daha sonra bildirib ki, onu müğənni Xatun Əliyeva parodiya edib və o buna görə həmkarına qadağa da qoyub: “Xatuna dedim ki, sən müğənnisən. Sən parodiya işinə niyə qarışırsan ki? Sən qadınsan, mən kişi. Sən niyə məni parodiya edirsən? Mən də səni parodiya edim? Müğənnilər başlasınlar bir-birlərini parodiya etməyə? Yəni bu yaxşı yerə gedib çıxmayacaq. Məni parodiya etməyi qadağa etdim. Aktyorların hamısı parodiyaçı deyil. Xatun məni yaxşı parodiya etməyib. Onun etdiyi nəsə başqa şey idi”.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri