Türkiyədən ev alan azərbaycanlıların sayı bəlli oldu
- 20.04.2018, 14:18,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə mənzil satışları 2018-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14% azalaraq 110 905 ədəd təşkil edib.
Ilkin mənzil bazarında satışlar 2017-ci ilin mart ayı ilə müqayisədə 10,1% azalaraq 50 701 ədəd olub.
Təkrar bazarda isə azalma 17% təşkil edib. Bu bazarda cəmi 60 204 ev satılıb.
Hesabat dövründə xarici ölkə vətəndaşları Türkiyədən 1 827 ədəd ev alıblar. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 15,8 % artım deməkdir. Xaricilər təkcə İstanbuldan 556 mənzil alışı həyata keçiriblər.
Mart ayında İraq vətəndaşları Türkiyədən 348 mənzil, Səudiyyə Ərəbistanı vətəndaşları 181, İran 156, Rusiya Federasiyası 120, Əfqanıstan vətəndaşları isə 108 ev alıblar.
Qonşu ölkədən ev alan azərbaycanlıların sayına gəlincə, bu rəqəm 61 ədəd təşkil edib.
Müqayisə üçün bildirək ki, 2017-ci ilin mart ayında həmyerlilərimiz Türkiyədən 50 mənzil almışdılar. Ümumilikdə azərbaycanlılar Türkiyədən 189 mənzil alıblar. 2017-ci ildə həmin rəqəm 159 mənzil təşkil edib.
Oxu.Az