Prezident İlham Əliyev Novruz Məmmədovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıbPrezident İlham Əliyev Novruz Məmmədovun Azərbaycan Respublikasının Baş naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikasının baş naziri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
///
Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Novruz Məmmədovun fəaliyyətindən danışıb: “O, ən etibarlı və təvazökar məmurdur. Azərbaycan məmurlarına nümunədir”.
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov da Novruz Məmmədovla bağlı təqdimatı yüksək dəyərləndirərək, onun YAP Siyasi Şurasının üzvü kimi ideal namizəd hesab edərək, eyni zamanda keçmiş baş nazir Artur Rasi-zadəyə Milli Məclis adından təşəkkür elan edilməsini təklif edib.
O, həmkarlarını Novruz Məmmədovla bağlı təqdimata səs verməyə çağırıb.
Sonda Prezidentin təklifi səsə qoyularaq qəbul olunub.
Novruz Məmmədov Milli Məclis tərəfindən Azərbaycanın baş naziri vəzifəsinə təsdiq edilib.
///
Azərbaycan Milli Məclisində baş nazir postuna namizədlik məsələsinə baxılır.
LİVE.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu vəzifəyə Azərbaycan prezidenti tərəfindən Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovun namizədliyi irəli sürülüb.
N. Məmmədovun namizədliyinin irəli sürüldüyü spiker Oqtay Əsədov tərəfindən elan edilib.
Spiker bildirib ki, Prezident İlham Əliyev tərəfindən Milli Məclisin bugünkü iclasına layihədən ibarət məktub göndərilib.
Məktubda yeni hökumətə başçılıq etmək üçün Novruz Məmmədovun namizədliyi irəli sürülüb.
Spiker N. Məmmədovun indiyə qədər göstərdiyi xidmətlərini yüksək qiymətləndirib.
///
Azərbaycanın baş naziri vəzifəsinə namizədin adı bəlli olduAzərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun namizədliyi bu gün Milli Məclisdə müzakirə ediləcək.
Bu barədə deputat Zahid Oruc özünün “Facebook” hesabında yazıb.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib.
Xatırladaq ki, aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib.
Oxu.Az