AÇG-dən indiyədək 453 mln. ton neft və 144 mlrd. kubmetr qaz hasil edilib
- 23.04.2018, 11:53,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Azəri-Çıraq-Günəşli" yatağından indiyədək 453 milyon ton neft və 144 milyard kubmetr qaz hasil edilib".
Bunu bu gün SOCAR-ın I vitse-prezidenti Xosbəxt Yusifzadə Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" Forumunun çıxışında bildirib.
Onun sözlərinə görə, artıq 19-cu ildir ki, Azərbaycan "Azəri-Çıraq-Günəşli" yatağından mənfəət vergisindən gəlir əldə edilib.
"2018-ci il aprelin 1-dək dünya bazarlarına Azərbaycanın payına düşən 256 milyon ton mənfəət nefti satılıb", - deyə X.Yusifzadə vurğulayıb.