Kanadada sürücü avtomobili piyadaların üzərinə sürüb, 10 nəfər ölüb, 15-i yaralanıb

Kanadanın Toronto şəhərində sürücünün mikroavtobusu piyadaların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 10-a çatıb, 15 nəfər yaralanıb.
 
APA-nın xəbərinə görə, bu barədə CTV telekanalı yerli polis rəhbəri Mark Saundersə istinadən məlumat verib.
 
Onun sözlərinə görə, sürücü maşını qəsdən insanların üstünə sürüb, lakin hazırda insidenti terror aktı adlandırmaq üçün dəlillər yoxdur. Bundan əvvəl 9 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilirdi.
 
Aprelin 23-də Kanadanın Toronto şəhərində 25 yaşlı Alek Minassyan avtomobili səkiyə çıxararaq piyadaların üstünə sürüb. Hadisənin motivləri müəyyənləşdirilir.
 
Qeyd edək ki,  bu günlərdə Toronto şəhərində G-7 (“Böyük yeddilik”) ölkələrinin nazirlər səviyyəsində sammiti keçirilir.
 
Şərhlər
Dünya bölməsinin xəbərləri