Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub
- 24.04.2018, 12:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Gürcüstanda azərbaycanlı ailənin məruz qaldığı silahlı basqının təfərrüatları məlum olub.
Gecə saat 12.00 radələrində Allahverdiyevlər ailəsinin yaşadığı evə 3 nəfər maskalı şəxs daxil olub.
“Kalaşnikov” avtomatı ilə silahlanmış basqınçılar Əlirza Allahverdiyev, onun həyat yoldaşı Həqiqət Allahverdiyeva və qızları 18 yaşlı Sahibə Allahverdiyevaya avtomatla zərbələr endirərək, onları ayrı-ayrı otaqlarda bağlayıblar. Oğrular ailə üzvlərinə soyuq silahla xəsarətlər yetirərək işgəncə veriblər.
Soyğunçular evdəki əşyaları alt-üst edərək pul və zinət əşyalarını axtarmağa başlayıblar. Onlar bildiriblər ki, bu yaxınlarda ailə 19 baş mal-qara satıb və ailədə 20 min laridən çox pul olmalıdır.
Cinayətkar dəstə evdən 5 min lariyə yaxın pul, 10-dan çox üzük və digər qızıl əşyalar aparıblar.
Faktla bağlı cinayət işi açılıb. Hazırda polis tərəfindən mühasirəyə alınmış evdə müvafiq ekspertiza aparılır.
///
Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub.
Maskalı şəxslər gecə saatlarında evə daxil olaraq ailə üzvlərinə hədə-qorxu gəliblər.
Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır.
APA