Həsən Ruhani: “Türk dili ilə fəxr edirik”
- 24.04.2018, 15:51,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İran prezidenti Həsən Ruhani Təbriz şəhərinə səfər edib.
“Təbriz - 2018” proqramının rəsmi açılış mərasimində iştirak etmək üçün Təbrizə gedən və ictimaiyyət qarşısında çıxış edən H. Ruhani ölkədə türk (Azərbaycan) dilinin təşviqinə çağırıb.
“Türk dili ilə fəxr edirik. Bu dil İranın iftixarı və ətirli gülüdür. Mən qeyrətli Azərbaycan xalqının ədəbinə, fədakarlığına, səylərinə görə təşəkkür edirəm. Biz Urmiya gölünün bərpası, Azərbaycan dilinin inkişafı, idman və "Traktorsazi" klubu ilə bağlı verdiyimiz vədlərin arxasındayıq. Əgər hökumətin 2013-cü ildən indiyədək etdiyi çalışmalar olmasaydı, Urmiya gölündən əsər-əlamət qalmazdı” – deyə o, söyləyib.
H. Ruhani iqtisadi problemlərə də toxunub və bazarda gərginliyin səngiməsinə çalışdıqlarını vurğulayıb: “Mən İranın böyük xalqına və Azərbaycanın qeyrətli xalqına söz verirəm ki, Amerika, sionistlər və regionun bəzi ərəb ölkələrinin İranın inkişafının qarşısını almaq üçün səyləri səmərəsiz olacaq. Ağ Evdə oturanlar bilsinlər ki, öz öhdəliklərinə əməl etsələr də, etməsələr də, İran xalqı onların bütün çirkli planları qarşısında var gücü ilə duracaq”.
H. Ruhani İranın qeyri-neft sektorunda ixracatın artdığını və xalqın ehtiyacı olan malların təmin olunmasında heç bir narahatlığın yaşanmadığını vurğulayıb: “Əgər hər hansı bir çətinlik yaransa da, İran xalqının dəstəyi ilə həmin problemi həll edəcəyik”.
APA