Prezident Administrasiyası üçün yeni bina tikiləcək
- 25.04.2018, 13:50,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyası üçün yeni 6 girişli, 20 mərtəbəli binanın tikintisinə icazə verib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən APA-ya verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.
Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 30 sot (2983.93 kvadratmetr) ərazi ayrılıb.
Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.
Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.