Səmra Rəhimliyə elçi gəlib: “Münasibətim olsun, sonra...” - VİDEO




“Eurovision 2016” təmsilçimiz Səmra Rəhimli “APA TV”-nin “Show time” Vverilişində şəxsi həyatından danışıb.



LİVE.az-ın məlumatına görə, ifaçı bildirib ki, sevdiyi şəxsdən evlilik təklifi alsa, ailə qurar: “Mənə evlilik təklifi edən insanın kimliyinə baxmalıyam. Sevdiyim şəxsdirsə, razı olaram. Amma hazırda bu barədə düşünmürəm. Heç vaxt ailə qurmaq barədə düşünməmişəm. Çünki anam lap kiçik yaşlarımdan bizi belə böyüdüb. Biz iki bacıyıq, anam hər ikimizə deyib ki, ailə qurmaq üçün tələsməyin. İlk öncə karyeranızı qurun, daha sonra ailə. Vaxtı gələndə hər şey olacaq”.



İfaçı onu da əlavə edib ki, sənət və ailə arasında seçim olsa, sənətini seçər: “Düşünmürəm ki, ailə quracağım şəxs məni bu seçim qarşısına qoya. Amma belə bir şey olsa, mən sənətimi seçərəm. Yalnız məni sevməyən insan qarşıma bu cür seçim qoya bilər. Nəyisə niyə qurban verməliyəm ki?”



S.Rəhimli daha sonra deyib ki, ona zaman-zaman elçi düşənlər olub: “İndi elə bir zəmanə deyil ki, qapını döysünlər, gəlsinlər ki, elçi gəlmişik. Hər bir gəncin həyatında bu şeylər olur. Mənim də həyatımda olub. Elçi düşənlər olub. Amma mən ailə qurmağı düşünməmişəm. Gərək mənim bu insanla münasibətim olsun ki, mən razılıq verim. Mənə elçi gəlmək istəyənlər ilk öncə təklifi anama göndəriblər. Bizim ailə müasir ailə olduğuna görə, inanmıram ki, anam məni belə tez kiməsə versin. Ailə qursam, anamdan da məsləhət alacam, amma ən əsası məntiqlə düşünəcəm”.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri