Alonso: Bakı Şəhər Halqası F1 pilotları arasında öz rəğbətini qazanıb


“Keçən il mövsümün ilk xalını məhz Azərbaycan Qran Prisində qazandıq. Bu həftəsonu da eyni nəticəni təkrarlayacağımızı gözləyirik. Bakı Şəhər Halqası F1 təqvimində yeni olmasına baxmayaraq artıq F1 pilotları arasında öz rəğbətini qazanıb. Bu, mövsümün ən sürətli şəhər trekidir".


Bunu 2018 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində McLaren komandasının pilotu Fernando Alonso deyib.


Onun sözlərinə görə, trekin uzunluğu həm bolidləri, həm də pilotları böyük sınağa çəkir: "Hər yarış həftəsonundan əvvəl bolidlərimizi diqqətlə yoxlasaq da, Bakıda göstərəcəyimiz performansdan ciddi dəyişiklik gözləmirik. Buna baxmayaraq, bolid haqqqında bilik bazamızı artırır və mümkün bütün xalları qazanmaq üçün performansımızı yüksəldəcəyik”.



Trend
Şərhlər
İdman bölməsinin xəbərləri