Bakıda əvvəllər “Tramp Tower” adını daşıyan binada yanğın söndürülüb [Yenilənib]
- 28.04.2018, 23:27,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda çoxmərtəbəli binada yanğın söndürülüb.
APA-nın bundan əvvəl verdiyi xəbərə görə, paytaxtın Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) günorta söndürülən yanğın axşam saatlarında yenidən alovlanıb.
Hadisə yerinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçiriblər.
///
Bakının Nəsimi rayonu, Yusif Səfərov küçəsindəki çoxmərtəbəli binada (hazırda istismar olunmur) söndürülən yanğın yenidən alovlanıb.
LIVE.az FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri yanğının söndürülməsi işlərini həyata keçirir.
Əlavə məlumat veriləcək.
///
Bakıda hündürmərtəbəli binada baş verən yanğın söndürülüb
///
Bakıda əvvəllər “Tramp Tower” adını daşıyan binada yanğın başlayıb
13:04
Yanğın baş verən ərazidə yollar bağlanıb.
Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.
Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.




APA