Azərbaycanda gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər müəyyənləşib


Azərbaycanda gözün buynuz qişasının dövriyyəsi üçün tələb olunan əlavə şərtlər müəyyənləşib.

 

 Nazirlər Kabineti bununla bağlı “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”də dəyişikliklər edib.

 

Beləliklə, gözün buynuz qişasının idxalı üçün ixtisaslaşdırılmış tibb müəssisəsinin Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda olması, gözün buynuz qişasının Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankı tərəfindən tədarük olunmasını təsdiq edən sənəd tələb olunacaq.

 

Gözün buynuz qişasının götürülməsi, hazırlanması (konservasiyası) və saxlanılması (Göz Bankının fəaliyyəti) üçün isə ixtisaslaşdırılmış tibb müəssisəsinin Nazirlər Kabinetinin 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”nda olması lazımdır. Eyni zamanda gözün buynuz qişasının ixracı üçün qeyd olunan şərtlərlə bərabər, ixtisaslaşdırılmış tibb müəssisəsinin Göz Bankı Assosiasiyaları Qlobal İttifaqı (Global Alliance of Eye Bank Associations) tərəfindən akkreditasiya olunmuş Göz Bankının olması tələb ediləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri