Xəzərin Azərbaycan sahilində 10-15 yaşlı qızın çürümüş meyiti tapılıb

Xəzər dənizinin Azərbaycan ərazisində çürümüş qız meyiti tapılıb.


Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, hadisə Xəzər dənizinin Xaçmaz rayonuna düşən sahilində qeydə alınıb.



İyulun 11-də Xaçmaz rayonunun Turist kəndi ərazisində, Xəzər dənizinin sahilində bədəninin bir hissəsi çürüməyə məruz qalmış 10-15 yaşlı qız uşağının meyiti aşkar edilib. Hadisə yerinə Rayon Prokurorluğunun və polis şöbəsinin əməkdaşları çıxıb.



Hazırda meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri