Azərbaycanlı qız Türkiyədə fenomenə çevirildi



Azərbaycanlı gənc ifaçı Nahidə Babaşlı Türkiyədə fenomenə çevirilib.


LIVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, o, bir neçə il bundan əvvəl dünyasını dəyişən Murad Göğebakanın “Ay yüzlüm” mahnısını oxuyub.

Nahidənin 5 gün əvvəl “Youtube” səhifəsinə qoyduğu bəstəni 1 milyon 240 mindən çox insan dinləyib, 3 minə yaxın şərh yazılıb.

Bundan əlavə, Babaşlının instaqram səhifəsində həmin ifaya 230 min insan baxıb, 1500-dən artıq rəy bildirilib.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri