Nazpəri müğənnilərin sponsorlarından danışdı: “Mən bilirdim...”



Xalq artisti Nazpəri Dostəliyeva “APA TV”-nin “Show time” verilişində müğənnilərin sponsorlarından danışıb.


LİVE.az-ın məlumatına görə, ifaçı bildirib ki, şou aləmində sponsor söhbəti son dövrlərdə yaranıb:


“Şou aləmində sponsor söhbəti hər zaman olub. Sovet dövründə müğənnilərin sponsoru yox idi. Sponsor Sovet dövründən sonra yarandı. Şou aləminə sənəti sevən, sevməyənlər gəldi. Şöhrət axtaran, şöhrət arxasınca qaçanlar dedilər ki, niyə Nazpəri toya getdi, niyə oxuyan oldu? Bəzən deyirlər ki, Nazpəri toydan çıxıb tanındı. Bütün mənə qarşı olan bu haqsızlıqlara hər zaman susmuşam. Heç vaxt özümü pafoslu çıxışlarla kamera qarşısında təqdim eləməmişəm. Çünki mən bilirdim ki, əziyyətimin bəhrəsi olacaq”.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri