Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib



UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.


Bununla ikinci finalçının adına aydınlıq gəlib.

 
Mövsümün iki sürpriz komandası final yolunda qarşılaşıb. “Enfild Roud”da böyükhesablı məğlubiyyətə düçar olan “Roma” bu dəfə “Liverpul”u doğma arenasında qəbul edib.
 

Olduqca maraqlı və gərgin keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Qarşılaşmanın gedişində 2 dəfə hesabda geri düşməsinə baxmayaraq sonradan özündə güc tapan "Roma" 4:2 hesablı qələbə qazanıb. Ancaq bu qələbə finala çıxmaq üçün bəs etməyib.

 

Çempionlar Liqası
Yarımfinal (cavab oyunu)

2 may

“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) - 4:2
Qollar: Milner, 15 (avtoqol), Ceko, 52, Naynqolan, 86, 90+3 (pen.) - Mane, 9, Vaynaldum, 26
İlk oyun - 2:5




APA
Şərhlər
İdman bölməsinin xəbərləri