"Liverpul" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb
- 03.05.2018, 09:21,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda səfərdə “Roma” ilə qarşılaşan “Liverpul” rekorda imza atıb.
Matçın 26-cı dəqiqəsində mersisaydlıları 2:1 önə keçirən Jorjinyo Veynaldumun qolu bu mövsüm ÇL-də 46-cı olub. 14 oyunda bu nəticəyə çatan “qırmızılar” bütün komandaları qabaqlayıb.
Bu, nəinki qitənin ən nüfuzlu klub turnirində, eləcə də bütün Avrokubok oyunları üçün bir mövsümdə vurulan ən çox qol sayıdır.
Əvvəlki rekord isə “Barselona”ya məxsus olub. Kataloniyalılar 1999/2000 mövsümündə bir mövsümdə 16 matçda 45 dəfə fərqlənə bilmişdilər.
APA