FED uçot dərəcəsini dəyişməyib



ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.

 

 FED uçot dərəcəsini 1,5-1,75% səviyyəsində saxlayıb.

 

Qeyd edək ki, sonuncu dəfə FED martın 21-də  uçot dərəcəsini artırıb.

 

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.


APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri