Azərbaycanda yeni körpü istifadəyə verilib

Azərbaycanda yeni körpü istifadəyə verilib Bu gün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 161-ci kilometrində, Ağçay çayı üzərində tikilən yeni körpünü istismara verib. Bu barədə bazar ertəsi Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.


Körpünün açılış mərasimində ASC-nin sədr müavini Şaiq Bilalov, həmçinin Quba rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Körpünün uzunluğu 84 metr, eni isə 21,5 metrdir. Körpü 4 zolaqdan ibarətdir. Körpü qəza vəziyyətinə düşən köhnə körpünün yerinə tikilib. Bu səbəbdən yeni müasir körpünün tikilməsi barədə qərar qəbul edilmişdi.


Azərbaycanda yeni körpü istifadəyə verilib

Azərbaycanda yeni körpü istifadəyə verilib
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri