Şəbnəm Tovuzlu tam dəyişdi


Uzun illərdir ki, dəyişməyən imici ilə diqqət çəkən Şəbnəm Əsədova (Tovuzlu) hər kəsi təəccübləndirən bir addım atıb. LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni  ötən gün uzun saçları ilə vidalaşmaq qərarına gəlib.  Şəbnəm yeni şəkillərini instaqram səhifəsində paylaşıb.

O, fotolara belə şərh yazıb: “Qadın gözəl olmağa məcburdur ki, ətrafa gül saçsın. Məni kimlərəsə bənzədə bilərsiz. Amma özüməm, heç kimə bənzəmirəm. Xahiş edirəm, bir-birimizi baltalayıb yadları uca tutmayaq. Yadlar özlərinən başqa heç kimi saymır. Bizə biz qalacağıq”.

Şəbnəm Lider TV-nin efirində isə saçlarından imtina etməsinin səbəbini açıqlayıb:

“Yay gəlir, dəyişiklik olmalıdır. Mən belə rahat oluram. Bir balaca saçlarımda durğunluq və yorğunluq var idi. Ona görə Fatimə Fətəliyevanın (rəqqasə) salonuna getdim. O, məni bu imicdə görmək istədi, razılaşdım”.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri