Müğənni Natavan Həbibi həmkarı, xalq artisti Faiq Ağayevə dəstək olub.
Live.az-ın məlumatına görə, sənətçi “Space” telekanalında yayımlanan “Sehirli pərdə” verilişində son vaxtlar gündəmdən düşməyən Faiq-Flora-Tolik qalmaqalından danışıb.
Xalq artistinin ünvanına təriflər yağdıran Natavan ona dəstək olduğunu deyib: “Faiq Ağayev neçə illərdir səhnədədir. Kənardan izləmişik ki, o, hansı çətinliklərə, maneələrə, düşmənçiliklərə sinə gərərk bu sənətdə ayaq üstə durub. O, tək başına, heç kimin kölgəsində gizlənmədən ayaqda qalmağı bacarıb. Faiq Ağayev sənətdə olan hər bir şəxsə nümunə olacaq bir sənətkardır. O, əsl şəxsiyyətdir. Sənətə gəldiyi gündən nömrə birdir, hələ də bu cür irəli gedir. Sənətçiyə lazım olan tək amil işini bilmək və insan olmaqdır. Bu xüsusiyyətlər də xalq artistində cəmlənib. Faiq bəyin ətrafında qara piar, heç kimə maraqlı olmayan söz-söhbətlər yaradırlar. Bu insanlara ayıb olsun. Gedib özlərinə baxsalar, görərlər ki, qüsurları nə qədərdir. Kiminsə bağında nəsə axtarmayın, görün öz bağınızda nələr var. Mən hər zaman Faiq Ağayevin yanındayam, onu dəstəkləyirəm”.