Afaq Aslandan yeni cəsarətli şəkləri: “Utancağam” [Video]




Azərbaycanlı müğənni Afaq Aslan uzun müddətlik susqunluğunu pozub.



LİVE.az-a açıqlama verən ifaçı bildirib ki, söz və musiqisi Tural və Toğrul qardaşlarına, aranjimanı Elvin İmanova məxsus “Söylə” adlı mahnı yazdırıb: “Bir çoxları deyirlər ki, Afaq Aslan adı gələndə qalmaqal yada gəlir. Bu əsla belə deyil. Mən daim yaradıcılığım üzərində işləmişəm. Hər il yeni mahnılar, kliplər təqdim etmişəm. Bəzi əməkdar, xalq artistlərindən çox layihələr təqdim edirəm. Sadəcə bu sənətdə məni gözü götürməyənlər çoxdu. Elə həmin insanların acığına bu gün “Söylə” adlı mahnımı da dinləyicilərin ixtiyarına verdim. Məni tənqid edənlərə demək istəyirəm ki, siz məni müzakirə etməkdə davam edin. Heç vecimə də deyilsiz”.



A.Aslan daha sonra bildirib ki, yeni fotosessiya da etdirib: “Hər zaman cəsarətli fotolarımla diqqət çəkmişəm. Bu da mənim tərzimdir. Özümü hər zaman hansı obrazda görmüşəmsə, o obrazı da canlandırmışam. Əslində mən adi həyatda çox utancaq biriyəm. Səhnədə geyindiyim geyimləri adi həyatda geyinə bilmərəm. Əslində yeni şəkillərim müzakirələrə səbəb olacaq. Obrazım üzərində modelyer Adiqo və Mətanət çalışıb. Fotolarımı isə fotoqraf Azik çəkib. Hər birinə təşəkkür edirəm”.






 





 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri