Nura: Tünzalə keçmiş ərinin dediklərini hər yerdən sildirib

  

Əməkdar artist Tünzalə Ağayeva ilə Nura Suri arasında yaranan gərginlik daha da artıb.

Tünzalə Nuranın bir neçə həftə öncə "ATV maqazin onlarla” proqramında onun ünvanına dediyi "Tünzalə özünü hamıdan üstün görür, yəqin, deputat olmaq istəyir” fikrinə elə həmin proqramda münasibət bildirib.

Əməkdar artist Surinin kompleksi olduğunu deyib:

"Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram.





Danışığı ilə qulağı, düşüncəsi fərqlidir. Bu, insanın kompleksindən, iç boşluğundan, narahat həyat tərzindən xəbər verir. Qeyri-yerlərdə olan "musiqiçi”lərı, "ifaçı”ları müzakirə etməyə vaxt ayırmıram”.

Nura Surinin həmkarına cavabı isə gecikməyib. O, sosial media hesabında ad günündə çəkilən videosunu paylaşaraq Tünzalənin ona dediyi tərifləri meydana çıxarıb:

"Bu videonun sonunda Tünzalə Ağayevanın haqqımda dediyi sözlərlə dünən verdiyi müsahibə arasındakı fərqə baxın. İnsan dünən dediklərini bu gün danır və nə dediyini özü də anlamır.

Ümumiyyətlə, öz həyatında problem yaşayan insanlar başqalarının həyatını müzakirə etməyi sevir.

Mənim kimi həmkarı ilə qürur duyan biri bu gün öz dediklərinin əksini deyir. Özündə komplekslər çoxdur deyə, hamını özü kimi görür. Artıq danışsa, cavabını elə layiq olduğu kimi də alacaq. Məncə, susmağı daha yaxşı olardı”, - deyə Nura Suri əlavə edib.

O, daha sonra ikinci paylaşım edərək Tünzalə haqda bu sözləri yazıb:

"Tünzalə bütün xəbərləri sildirə bilər, amma insanların yaddaşını silə bilməz. Keçmiş həyat yoldaşı Rəhman Əliyevin efirdə, saytlarda dediklərini "Youtube” və "Google”dan sildirib. Yəqin, öz yaddaşından da silinib.

Mən pul verib Qran-Pri almıram, mükafat və ya "raskrutka”ya pullar tökmürəm. Tünzalə Ağayeva ilə eyni tədbirlərdə oluruq. Hətta qardaşının toyunda da oxumuşam. Bu da "Çox sağ ol”.



Qeyd edək ki, Nura Surinin paylaşdığı videoda Tünzalə Ağayeva onun haqda "Mən mədəniyyətini, intellektini və professionallığını artırmaq istəyən insanları alqışlayıram və sənin kimi həmkarımla qürur duyuram”, – deyə bəhs edir.


Mənbə: 7news, facebook

///


Bu həftə “ATV maqazin 10-larla” verilişinin “Hit-parad” rubrikasının qonağı müğənni Nura Suri olub.

Müğənninin əməkdar artist Tünzalə Ağayeva ilə bağlı fikirləri diqqət çəkib.

Onu doqquzuncu görən N.Suri T.Ağayevanın özünü yuxarıdan apardığını söyləyib: “Ötən dəfə sizin verilişə baxandan sonra Tünzalədən çox şey öyrəndim. Gülə-gülə hamını çıxaranda da, saxlayanda da sözlərini elə qəşəng dedi ki… Tünzalə Ağayevanın hit mahnıları çoxdur. Ancaq “Təqvim” mahnısı o birilərdən güclü deyil. Hit mahnı olmadı”.

Nura Suri tədbirlərin birində Tünzalə ilə salamlaşmamaları xəbərinə də aydınlıq gətirib: “Ola bilsin ki, mən onu tədbirdə görməmişəm. Ora tünd saçlarla qatılmışdım. Çox adam tanımaqda çətinlik çəkdi. Bir-birimizin yanından keçdik. O, diqqət göstərmədi, mən də elə qarşılığını verdim. Bu, onun mənə olan münasibəti yox, xarakteridir. Elə şey var ki, onu qəbul etmirsən. Sənin səsin məndən güclü ola bilər. Sən fəxri adlı, mən isə adi müğənniyəm. Yaş fərqimiz böyük deyil ki, mənə nəsə yol göstərəsən. İnsan özünü hamıdan üstün görür. Yəqin, deputat olmağa çalışır. Ondan da irəli gələ bilər”.



Mənbə:  Musavat 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri