Kəmalə Xəlilova: Aparıcı Əkbər Əlizadə məni təhqir eləd

Son bir neçə gündə mətbuatda Space telekanalından kütləvi istefalarıın olmasıyla bağlı xəbərlər yayılır. Maraqlıdır ki, bütün istefalarda telekanalın “Səhər” Verilişləri Departamentinin rəhbəri, “Həyat davam edir” verilişinin aparıcısı Kəmalə Xəlilovanın adı çəkilir. Hətta bir çox saytlarda Xəlilovanın Space-də “at oynatdığını” yazırlar. Kəmalə Xəlilova özü haqqında səsləndirilən ittihamlarla bağlı Modern saytının suallarını cavablandırır.

- Bütün bunlarla bağlı geniş açıqlama verəcəm. Amma ümumi olaraq deyə bilərəm o ittihamları yayanlar Space-in keçmiş əməkdaşlarıdır. Onların qarşısını almaq olmur. Hər gün mütəşəkkil formada iş görürlər. İşdən çıxarılan baş operator Əlövsət Aslanlı və onun müavininə gəlincə, bu insanlar şirkətin daxilində böyük bunt eləmək istəyiblər. Operatorların hamısını ərizə yazmağa təhrik ediblər. Sonradan operatorlar gəlib özləri bu barədə rəhbərliyə məlumat veriblər, nə olduğunu deyiblər. Mən artıq neçə gündür ki, işə də getmirəm.

- Space-dən uzaqlaşmaq istəyirsiniz?

- Bəli, uzaqlaşmaq istəyirəm. Çünki belə böhtanlara cavabsız qalmaq istəmirəm.

- İşdən çıxmaqla haqqınızda deyilənlərin yalan olduğunu sübut eləmək istəyirsiniz?

- Orada “at oynatmaq” olmaz. Space-də hansısa operatora bir şey eləsəydim, onlar məni öldürərdilər. Əlövsətlə onun müavininin istefa verməsi məsələsi yalandır. Mənə bu gün məlumat veriblər ki, onlar ikisi operatorları bunta təhrik ediblər. Bu məsələnin üstü açılandan sonra rəhbərlik onlara pislik eləmək istəməyib. Deyiblər ki, “öz ərizənizlə işdən çıxın, gedin”. Mənə qarşı “qara piar” aparan kimdir, bilmirəm.

- Teleaparıcı Əkbər Əlizadə də işdən çıxanda sizin adınızı çəkmişdi, ittiham eləmişdi...

- Bütün bunlar hansısa qrup tərəfindən hazırlanmış bir işdir. Əkbər Əlizadə səhər işə gələndə məni təhqir elədi. Heç bir cavab vermədim. Çünki ona qədər mətbuatda, saytlarda haqqımda bu kimi yazılar gedirdi.

- Durduğunuz yerdə, səbəb olmadan sizi təhqir elədi?

- Orada bəzi məsələlər var. Əkbərə kimsə deyib ki, guya, mən onun əleyhinə iş aparıram. Mənim rəhbərlik etdiyim departametin tərkibində “Hər səhər” verilişi də var. O məni təhqir edəndə heç bir cavab vermədim. Çünki səhər canlı efirə çıxan aparıcını əsəbiləşdirməzlər. Bu qaydaya riayət edərək mobil telefonunu götürüb studiyanı tərk elədim. Ondan sonra rəhbərlik bu hadisədən xəbər tutub. Şirkətdə olmadığım üçün rəhbərlik müavinim Aygün xanımı və Əkbəri dəvət edib öz otağına. Bu məqamda Əkbər elə bilib ki, onu mən çağırtdırmışam. Amma halbuki, “Həyat davam edir” verilişinin kreativ prodüseri olan Aygünlə məzuniyyətə çıxıb “Hər səhər”ə kömək eləməyə getdik. Çünki verilişin reytinqi aşağı düşürdü. Bu olaydan sonra ərizəmi qoyub çıxıb getmişəm.




ANS, Modern.Az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri