Qüdsdə ABŞ səfirliyinin açılışı günü İsrail əsgərləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 59-a çatıb



Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin Səhiyyə nazirliyi məlumat yayıb.


“İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 59-a yüksəlib. Ölənlər arasında azyaşlı da var. 8 aylıq Leyla Ənvər Qəndur Qəzza zolağının şərq bölgəsində gözyaşardıcı qazdan zəhərləndikdən sonra dünyasını dəyişib”, məlumatda deyilir.

 

İsrail müdafiə ordusunun məlumatına görə, ötən gün Qəzza zolağında keçirilən etiraz aksiyalarında  35 min nəfər iştirak edib.

///

14/05/17

Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 43-ə yüksəlib.


1500 fələstinlinin isə İsrail polisinin açdığı atəş nəticəsində yaralandığı bildirilir.

 
Toqquşmalar davam edir.


 
///

 

Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 37-yə çatıb.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. Yaralıların sayı 900-dən çoxdur. Ölənlər arasında uşaq da var.

 
Bu gün ABŞ-ın Qüds-Yerusəlim şəhərində səfirlik açmasına etiraz olaraq İsrail və Qəzza zolağı arasındakı sərhədin 12 yerində kütləvi aksiyalar başlayıb. Aksiyalara 35 mindən çox fələstinli qatılıb. İştirakçıların aqressiv hissəsi İsrail əsgərləri tərəfə içərisində yandırıcı maye olan şüşələr, əldəqayırma partlayıcılar atmağa, topladıqları təkərləri yandırmağa başlayıblar, bəziləri isə sərhəd maneələrini aşmağa çalışıb. İsrail əsgərləri onlara odlu silahdan atəş açıb.

 

İsrail ordusu sərhəd xəttinə 2 əlavə piyada briqadası göndərib. Daha bir briqada İordan çayının qərb sahilinə yeridilib.



///


Fələstin xalqı ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq kütləvi aksiyalar keçirir.


APA-nın  “TRT Haber”ə istinadən verdiyi xəbərə görə, İsrail əsgərləri Qəzza zolağı ilə sərhəddə aksiyaçılara qarşı odlu silahdan istifadə edib. Nəticədə 2 fələstinli öldürülüb, 93 nəfər isə yaralanıb.
 
İsrail ordusu tərəfindən sərhəddə  qurulan çadrlar və fələstinlilərin topladığı təkərlər yandırılıb.
 
Qeyd edək ki, bu gün bir çox ölkədə ABŞ-ın qərarına qarşı etiraz aksiyaları keçirilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri