Günay İbrahimli 14 minlik sırğada





Azərbaycanlı müğənnilər bir-birinin geyimlərini təkrarlamağa çalışsalar da, bəzən bilməyərəkdən eyni paltar və aksessuarlardan istifadə edirlər.

LİVE.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə müğənni Günay İbrahimli ilə əməkdar artist Tünzalə Ağayevanın eyni sırğadan istifadə etməsi sosial şəbəkələrdə paylaşılıb. Müğənnilərin eyni sırğanı taxması deyil, daha çox bahalı olması müzakirələrə səbəb olub. Belə ki, "De Grisogono" markasına məxsus zinət əşyalarının qiyməti 14 min manat təşkil edir.


İlk dəfə "5-də 5" proqramında həmin sırğalarda görünən İbrahimlidə bu modelin ağ və qara rəngləri var.

Tünzalədə isə həmin zinət əşyasının göy rəngi var.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri