Əməkdar artist evlənməyə qız axtarır: “Evim, maşınım, işim var...”


Əməkdar artist Səlim Abbasov subaylığın daşını atmaq niyyətindədir.



LIVE.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan skripkaçı bildirib ki, ailə qurmaq üçün qız axtarır: “Anam mənə deyir ki, hamını evləndirdin, özün subay qaldın. Evlənmək üçün anam, xalam bir neçə variantlar deyirlər, amma mən mıs-mıs adam deyiləm. Ola bilər ki, gözləmədiyim bir xanımla da ailə qura bilərəm. Bu qismət işidir. İndi sual verirlər ki, müğənni ilə, televiziya işçisi ilə ailə qurarsan? Mən buna yox deyə bilmərəm. Çünki elə adamlar var ki, açıqlama veriblər ki, şou-biznesdə olan xanımla ailə qurmaram, amma elə alınıb ki, aldığı qız elə şou aləmində olub. Sənətdə müəyyən uğurlarım var, əməkdar artistəm, evim, maşınım var. Bircə ailə qurmağım qalıb. İnşallah ailə qurandan sonra uğurlarımın ardı gələr”.


S.Abbasov bildirib ki, onunla ailə quracağı qıza kiçik şərtləri də var: “Mən kaprizli biri deyiləm. Bir xanımda görmək istədiyim əsas xüsusiyyətlər bunlardır. Mənə, valideynlərimə hörmət eləsin. Bunlar mənim üçün şərtdir. Sonra insan ailə quranda nökər almır. Bir də ki, istəyərəm ki, atasına, anasına hörmət edən biri olsun”.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri