ABŞ-ın Ceymstaun Fondunun rəhbəri: "BTQ ilə hərbi yüklər daşınacaq, Türkiyə artıq buna razılıq verib"
- 16.05.2018, 16:41,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“ABŞ Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən hərbi yüklərin daşınması üçün istifadə etməkdə maraqlıdır”.
APA-nın məlumatına əsasən, bunu ABŞ-ın Ceymstaun Fondunun direktoru Qlen Hovard Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunda çıxışında deyib.
O bildirib ki, BTQ-nin bu məqsədlə istifadə olunması təklifləri müzakirə olunur və Türkiyə buna ilkin razılıq ifadə edib.
Q.Horvard Azərbaycanın ABŞ üçün əhəmiyyətinə də toxunub: “Rusiya və ABŞ Baş Qərargah rəislərinin Bakıdakı görüşləri göstərir ki, Azərbaycan bu iki ölkə arasında neytral görüş yerinə çevrilib”.
Bölgədə həyata keçirilən iqtisadi layihələrin əhəmiyyətindən danışan Q.Hovard TANAP layihəsinin regiona olduqca böyük təsirinin olacağını qeyd edib.