Edvard Snouden Rusiyadan sığınacaq istəyib
- 12.07.2013, 19:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snouden “Şeremetyevo” hava limanında hüquq müdafiəçiləri ilə görüşündə Rusiyadan müvəqqəti sığınacaq istədiyini bildirib.
APA-nın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, bunu “Human Rights Watch”un nümayəndəsi Tatyana Lokşina deyib. O qeyd edib ki, E. Snouden şəxsi təhlükəsizliyinin yalnız Rusiyada müvəqqəti məskunlaşması halında təmin olunacağını düşünür. O, daha sonra Latın Amerikasına getməyi planlaşdırır. E. Snouden görüşdə iştirak edən hüquq müdafiəçiləri, vəkillər və deputatlardan ona sığınacaq verilməsi üçün Rusiya hakimiyyətinə təsir göstərmələrini istəyib.
Prezident Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibətini açıqlayıb. Onun sözlərinə görə, E. Snouden ABŞ əleyhinə fəaliyyətdən imtina etməlidir.