Kubada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb

Kubanın paytaxtı Havana yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ qalan 3 qadından biri xəstəxanada keçinib. Beləliklə, qəzada ölənlərin sayı 108 nəfərə çatıb.
 
APA-nın məlumatına görə, bu barədə Cuba TV xəbər verib.
 
Havananın “Calixto García” hospitalının reanimasiya şöbəsinə yerləşdirilən daha iki qadının vəziyyəti ağır kimi qiymətləndirilir. Bundan əvvəl qəza nəticəsində sağ qalan 1 kişi xəstəxanada vəfat edib.
 
Qəzaya uğrayan təyyarənin “qara qutuları” hələ ki, tapılmayıb. “Global Air” aviaşirkətinin məlumatına görə, təyyarənin göyərtəsində 104 sərnişin və 6 ekipaj üzvü olub.  
Şərhlər
Dünya bölməsinin xəbərləri