Britaniya şahzadəsi amerikalı modellə evlənib


Şahzadə Harry və Meghan Markl-ın Böyük Britaniyanın Windsor şəhərində keçirilən nikah mərasimi başa çatıb.

Cütlüyü öz gözləri ilə görmək istəyənlər Windsor küçələrinə axışır, yüzlərlə insan isə ən yaxşı "baxış nöqtəsini" seçə bilmək üçün gecəni açıq səma altında keçirib.

Nikah İngiltərə vaxtı ilə 12-də (Bakı vaxtı ilə 15:00) başlayıb və təxminən bir saat keçmiş cütlük və qonaqlar kilsəni tərk edib.


Toy ərəfəsində, şahzadə Harry özünü rahat hiss etdiyini, Markle isə möhtəşəm hiss etdiyini deyib.

Windsor şəhərindəki tədbirə dəvətlilər arasında 1200 ictimai xadim olub.

Onlardan çoxu xeyriyyəçilik sahəsində fəaliyyətinə görə tanınmış simalardır.

Britaniyanın Baş naziri Theresa May də daxil, siyasətçilər dəvət olunmayıb, çünki nikah rəsmi dövlət tədbiri sayılmır.


Meghan Markle-ın anası - Doria Ragland gəlin tərəfindən tədbirə qatılan yeganə ailə üzvü idi.

Müqəddəs George kilsəsinə ən birinci şahzadə Harry, daha sonra xanım Markle gəlib.

Mərasimə ən son qatılan Böyük Britaniya Kraliçası II Elizabeth olmuşdu.

///


Berkşir qraflığındakı Vindzor qəsri ərazisində yerləşən Müqəddəs Georgi Kilsəsində şahzadə Harri ilə Meqan Marklın rəsmi nikah mərasimi olub.

Şahzadə Harri və Meqan Markl and içdikdən sonra yepiskop onları ər-arvad elan edib.

Meqan mərasimə "Givenchy"dən olan ağ gəlinlik geyinib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri