828 min manat pulu mənimsəməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində “Ticon” şirkətinin əməkdaşı Xəqani Yusifzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə iyulun 19-na təyin edilib.

Qeyd edək ki, X. Yusifzadə “Ticon” şirkətinin Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən ofisində ekspeditor vəzifəsində işləyib. O, şirkətdən 828 min 687 manat məbləğində pulu mənimsəməkdə təqsirləndirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri