Bakıda kafedə partlayış olub, iki nəfər ölüb, iki nəfər xəsarət alıb
- 21.05.2018, 16:16,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda kafedə baş verən partlayışın ilkin səbəbi açıqlanıb.
Ilkin olaraq hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə nəticəsində xəsarət alanların vəziyyəti ağır qiymətləndirilir.
Partlayış zamanı ölənlərin kafenin işçiləri olduğu bildirilir.
///
Bakıda kafedə partlayış olub.
Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova APA-ya bildirib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Təcili tibbi yardım hadisə yerinə çatana qədər iki nəfər ölüb. Ölənlərdən biri qadın, biri kişidir. Daha iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
APA