Gəncədə evdən 31000 manatlıq qızıl oğurlanıb



Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

 

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal  Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və mayın 17-də evdəki seyfdən qapını sındırmaq yolu ilə 31000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.

 

DİN-in Baş Cinayət Axtarışı, Gəncə Şəhər Baş Polis və Kəpəz Rayon Polis idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıblar.      

 

Araşdırmalarla onların Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş Nofəl Məhərrəmov və M.Məhərrəmova olduqları məlum olub.

 

Oğurlanmış qızıl-zinət əşyaları polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.  

 

Faktla bağlı cinayət işi başlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri