WTI markalı neftin qiyməti 2014-cü ildən etibarən ilk dəfə 72 dolları ötüb



Dünya birjalarında neft bahalaşmaqdadır.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,13% artaraq 72,41 dollar olub.

 

Beləliklə, WTI  markalı neftin 1 barelinin qiyməti 2014- cü ildən etibarən ilk dəfə olaraq 72 dolları ötüb.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,9% artaraq 79,22 dollar olub.



APA
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri