“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak karyerasında ilk dəfə Azərbaycan klubu ilə avrokuboklarda mərhələ adlayıb.
Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, uelsli mütəxəssis yetirmələrinin Avropa Liqasının I təsnifat mərhələsindəki uğuru hesabına buna nail olub. Toşak klublarımızın “sükanı arxasında” mərhələ adlayan 11-ci baş məşqçidir.
Bu “11-lik”də rekordçu isə Qurban Qurbanovdur. 1994-cü ildən qitə səhnəsinə çıxıb, bu müddətdə 24 dəfə mərhələ adlayan klublarımızın uğurlarının 1/3-i 41 yaşlı çalışdırıcıya məxsusdur. “Qarabağ”la 8 dəfə mərhələ adlayan Qurbanov ən yaxın izləyicilərini çox-çox qabaqlayır. Mütəxəssis 8-ə yetirmələrinin Makedoniya “Metallurq”unu keçməsi sayəsində çatıb.
Bu il mərhələ adlayan digər komandamız – “Mariehamn”ı arxada qoyan “İnter”i çalışdıran Kaxaber Sxadadze isə 2-ci uğuru sayəsində 2-ci pilləyə şərik olub. O, həm də legionerlər arasında rekordçulardan biridir. Belə ki, ukraynalı Anatoli Demyanenko da 2 mərhələ keçilməsinin memarı olub. Bu 2 çalışdırıcıdan başqa Valentiin Xodukin və Qyoko Hacıyevskinin də 1 uğuru olduğunu nəzərə alsaq, Toşak klublarımızla mərhələ adlayan 5-ci legionerdir.
Azərbaycan klubları ilə mərhələ adlayan baş məşqçilər:
8 - Qurban Qurbanov – 2 (2009/10), 3 (2010/11), 2 (2011/12), 1 (2013/14)
2 – Böyükağa Ağayev - 1 (1999/2000), 1 (2004/05)
2 – Ağasəlim Mircavadov - 1 (2000/01), 1 (2005/06)
2 - Yunis Hüseynov - 1 (2006/07), 1 (2012/13)
2 – Anatoli Demyanenko - 2 (2008/09)
2 – Kaxaber Sxadadze – 1 (2011/12), 1 (2013/14)
2 – Böyükağa Hacıyev – 2 (2012/13)
1 – Kazbek Tuayev – 1 (2004/05)
1 – Valentin Xodukin - 1 (2008/09)
1 – Qyoko Hacıyevski – 1 (2009/10)
1 - Con Toşak - 1 (2013/14)