Anar Bağırov: "İlin sonunda vəkillərin sayı 1500 nəfərə çatacaq"
- 23.05.2018, 13:12,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycanda ilk dəfə olaraq vəkillərin sayı 1100 nəfəri ötüb".
APA-nın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda 1128 nəfər vəkil fəaliyyət göstərir: "Vəkillər Kollegiyası bundan sonra da qəbul məsələsinə xüsusi diqqət yetirəcək. Ümid edirik ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı 1500 nəfərə çatacaq".