DİN: Gənclərdə aqressiyanın əsas səbəbi xaricdən ötürülən cizgi filmləridir
- 23.05.2018, 13:16,
- Cəmiyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu gün gənclərdə aqressiyanın olmasının əsas səbəbi bizə xaricdən ötürülən cizgi filmləridir. Bu gün əsas məqsədimiz uşaqları bu cür aqressiyadan qorumaq üçün onların internet təhlükəsizliyini təmin etməkdir”.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polis polkovniki Adıgözəl Adıgözəlov “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
A.Adıgözəlov qeyd edib ki, mətbuatda bu barədə məlumatlar şişirdilsə də, əslində son 5 ildə yetkinlik yaşına çatmayanlara qarşı törədilən zorakılıq hallarının sayında artım müşahidə edilmir:
“Törədilən hər bir fakt qanunvericiliyə uyğun olaraq, polis tədqiqatının predmetinə çevrilib və ona hüquqi qiymət verilməsi üçün məhkəmələrə təqdim edilib. Yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına gəlincə, əminliklə deyə bilərəm ki, son 5 ildə bu sahə üzrə rəqəmlərdə elə böyük artım yoxdur”.
Trend