Toşak Lənkəranda velosiped sürdü

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak boş vaxtlarından səmərəli istifadə edərək sağlamlığının qeydinə qalır.


64 yaşlı mütəxəssis şəxsi avtomobildən və sürücüdən imtina edərək sağlamlığını qorumaq üçün velosipedə üstünlük verib.


Uelsli təcrübəli çalışdırıcı komandanın Lənkəranda keçirilən məşqlərinin ardından köməkçilərinə öz tapşırıqlarını verdikdən sonra istirahət etmək məqsədi ilə velosipedinə oturaraq istirahət mərkəzində onun üçün ayrılmış xüsusi kottecə yollanır.


Stadionun ərazisində yerləşən baza-oteldə məskunlaşan futbolçuların istirahət saatlarında nizam-intizama riayət etmələrinə isə əsasən klubun idman direktoru Babək Quliyev nəzarət edir.

Toşak Lənkəranda velosiped sürdü


Toşak Lənkəranda velosiped sürdü


Toşak Lənkəranda velosiped sürdü
Şərhlər
İdman bölməsinin xəbərləri