İstehsalatda bədbəxt hadisələrə görə 1,4 mln. manat sığorta ödənişi verilib
- 23.05.2018, 16:03,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə toplanan sığorta haqlarının və ödənişlərin məbləği açıqlanıb.
APA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel ayları ərzində bu sinif üzrə sığorta daxil olmaları 15 mln. 884,6 min manat təşkil edib. Bu, mart ayındakı göstəricidən 7 mln. 476,6 min manat və ya 88,92% çoxdur.
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlərə gəlincə, bu ilin 4 ayında bu rəqəm 1 mln. 357,7 min manat olub ki, bu da bir ay əvvəlki göstəricidən 111,7 min manat və ya 8,96% çoxdur.
Ümumilikdə yanvar-aprel aylarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə ödənişlər sığorta haqlarının cəmi 8,55%-ni təşkil edib.