Aygün Kazimova və Raufdan dinamik klip gəldi



Aygün Kazımova ilə Rauf "Yaraşdın mənə" adlı mahnıya  dinamik klip çəkdiriblər.


LİVE.az xəbər verir ki, duet üçün bir araya gələn iki ulduz enerjili olduqlarını klip çəkilişlərində də sübut edib.


1920-ci illərin retro tərzini və "Böyük Getsbi" filmini xatırladan "Yaraşdın mənə" mahnısının klipinin rejissorluğunu da Nicat Məlikov öz üzərinə götürüb.


Musiqi prodüseri Fərid İsmayılov, səs prodüserləri Ramin Vəlibəyov və İsmayıl Əsədov olan mahnının klip çəkilişləri zamanı Azərbaycanın ən yaxşıları toplandı. Aygün Kazımovanın obrazı üzərində tanınmış stilist dizayner Rüfət İsmayıl, makyajı üzərində isə Ruxa çalışdı. Rauf isə öz geyimlərini KNGRL brendindən seçib, görkəmini Kadır Amirə etibar edib.


SS production və Mərkəz production imzalı bu gözəl layihənin əsas təşəbbüskarı isə Baş prodüser Aysel Rəcəblidir. "Yaraşdın mənə" klipini və mahnısını tamaşaçıların və izləyicilərin xoş seyrinə təqdim edirik.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri