Natavan Həbibi yeni imicdə
- 12.07.2013, 19:23,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çoxdandır ki, efirlərdə görünməyən Natavan Həbibi imicində dəyişiklik edib. Uzun saçları ilə vidalaşmalı olan müğənni bu qərarının səbəblərini açıqlamaqdan çəkinməyib: "Bu yaxınlarda depressiyaya düşmüşdüm. Əhval-ruhiyyəm tez-tez dəyişirdi. Ona görə də qərara aldım ki, nəsə dəyişməlidir. Dərhal Anar Ağakişiyevə zəng vurub onu evimə dəvət etdim.
O mənim saçlarımı kəsib daha tünd rəngə boyadı. Təsəvvür edin ki, saçlarımı kəsdirdikdən bir neçə saat sonra məndə hər şey dəyişdi. İşim və demək olar ki, hər şey əvvəlki vəziyyətə qayıtdı. Ona görə də saçlarımı kəsdirdiyim üçün heç də peşman deyiləm".
Hazırda yaradıcılığındakı yeniliklərə vaxt ayıran Natavan klip çəkilişinə hazırlaşsa da, mahnı üzərində hələlik seçim etmədiyini açıqlayıb. Yaxın günlərdə isə müğənninin Moskvada çəkilən "Etirazım var" klipi efirə veriləcək: "Klip olduqca bahalıdır, çünki bütünlüklə kompüter qrafikası ilə çəkilib. Bu günlərdə hazır variantı mənə göndərdilər. İş xoşuma gəlsə də, bir neçə kadrın dəyişilməsini istədim. Ancaq tezliklə pərəstişkarlarım yeni klipimi görə biləcəklər".
live.az