Tramp Şimali Koreya lideri ilə görüşdən imtina edib
- 24.05.2018, 18:15,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə görüşdən imtina edib.
Bu barədə D. Tramp K. Çen Ina göndərdiyi məktubunda bildirib. "Təəssüf ki, sizin son bəyanatınızda nümayiş etdirilən böyük qəzəb və açıq düşmənçiliyə əsaslanaraq, mən hesab edirəm ki, hazırda çoxdan planlaşdırılan bu görüşü keçirmək məqsədəuyğun deyil", - deyə məktubda qeyd olunub.
Bununla yanaşı, ABŞ prezidenti gələcəkdə bu cür görüşə hazır olduğunu da söyləyib: “Mən nə vaxtsa (gələcəkdə) sizinlə görüşü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, görüşün iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılırdı.
APA